Feb 13 2018 18:32
Views: 557

Vergi yoxlamaları kəmiyyət etibarı ilə azaldılacaq, amma bu o demək deyil ki, nəzarət də zəifləyəcək. Vergilər Naziri Mikayıl Cabbarov  "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda belə dedi. Bildirdi ki, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı və vergidən yayınmanın yolverilməz olduğunu deyən nazir rəhbərlik etdiyi qurumun sözügedən halların qarşısının alınması  üçün yeni strategiya müəyyənləşdiyini qeyd etdi. 
Mikayıl Cabbarov  Vergilər nazirliyinin fəaliyyət göstərdiyi 18 il ərəzində bir sıra mühüm nailiyyətlər əldə edildiyini, bununla belə neqativ hallara da rast gəlindiyini dedi. Nazir tezliklə Audit insitutunun əhəmiyyətinin geri qaytarılacağını, neft və qeyri neft sektorları üzərində vergi yükünün mütənasib paylaşdırılacağını və özəl biznesə qarşı müasir tələblərə cavab verən vergi sisteminin tətbiq ediləcəyini bildirdi. Qeyd etdi ki, rəhbərlik etdiyi qurum vegi ödəmələrinin həcminin arıtırlmasına  vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inamın yaradılması ilə nail olacaq.
Mikayıl Cabbarov vergi sahəsində aparılacaq islahatların Cənubi qafqazın digər ölkələri ilə rəqabətdə Azərbaycana daha çox xarici sərmayə cəlb edilməsinə stimul verəcəyini qeyd etdi.  "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda millət vəkilləri, aparıcı audit şirkətlərinin nümayəndələri, eləcə də iri vergi ödəyicisi olan şirkətlərin rəhbərləri çıxış edərək öz təkliflərini səsləndirdilər. Səslənən təkliflərdən biri Əlavə Dəyər Vergisinin diferensiallaşdırılmasıdır. Digər təşəbbüs isə vergi sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün tətbiq olunan dövriyyə həddinin aşağı salınmasıdır. Vegrilər naziri bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirdi.


Create Account



Log In Your Account