Sep 27 2019 18:26
Views: 261

Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Bu dəfəki festival böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib. Azərbaycanda kitab çapının böyük ənənələri olduğunu deyən nazir müasir texnologiyaların inkişafına baxmayaraq kitaba olan sevgini qoruyub saxlamaqda bu kimi sərgilərin böyük rolu olduğunu bildirib.

Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. digər qurumlar öz nəşrlərini sərgiləyəcək. Eyni zamanda, kitabların satışını həyata keçiriləcək. sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və digər tədbirlər təşkil olunacaq. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov tədbiri kitabın təbliği baxımından önəmli hadisə adlandırıb.

Qeyd edək ki, tədbirin keçirilməsinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – “Türksoy” da dəstək verir. “Türksoy”un baş katibi Düsen Kaseinov da açılış mərasimində iştirak edib. Sərgi sentyabrın 29-dək davam edəcək.


Create Account



Log In Your Account