Mar 13 2019 18:50
Views: 419

“Müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rol oynayır”. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən 6-cı Regional İnternet İdarəçilik Forumunda deyib. Bildirib ki, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirmək, bununla da daha səmərəli regional iqtisadi inkişafa nail olmaqdır.

“Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda olan forumda yerli iştirakçılarla beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsi aparılıb. Qeyd edilib ki, bu tədbir internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır.

Forum öz işini “Regionun kibertəhlükəsizlik məsələləri”, “Bu sahədə beynəlxalq təcrübə” və digər mövzularda sessiyalarla davam etdirir.


Create Account



Log In Your Account