Mar 14 2019 14:32
Views: 325

“Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir. Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib. Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. BMT baş katibi Antonio Quterreş də forum iştirakçılarına müraciət ünvanlayıb. O, belə bir tədbirin təşkilinə görə minnətdarlıq edib.

Qeyd edək ki, Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Qlobal Bakı Forumu artıq dünyada tanınmış platformaya çevrilib. Hər dəfə burada dünyanı narahat edən müxtəlif məsələlər müzakirə olunur və həll yolları axtarılır. Forumda iştirak edən yüksək səviyyəli qonaqlar təəssüratlarını CBC ilə bölüşüb.

 


Create Account



Log In Your Account