Mar 15 2019 16:09
Views: 263

Yeddinci Bakı Qlobal Forumu ümumi təhdidlərin müzakirəsi, oxşar problemlərin müzakirəsi və nəhayət ortaq qərarları verilməsi üçün çox gözəl platformadır. Artıq illərdir ki, dünyanın tanınmış siyasətçiləri, tədqiqatçı və ekspertlər Bakıda bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə edirlər. Bu dəfəki forumun mövzusu da dünya liderlərini narahat edən məsələlərdən biridir.  
Hər bir ölkə üçün əsas məsələlərdən biri öz təhlükəsizliyini təmin etməkdir. Bunu isə qonşu ölkələrlə birlikdə və qlobal platformada təmin etmək mümkündür. VII Bakı Qlobal Forumu məhz təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi üçün də önəmli platformalardan biridir. Forum iştirakçıları bu fikirdədir.
Qlobal Forum səviyyəsindəki beynəlxalq toplantılar həm Azərbaycanın özünü tanıtması, həm də yeni əməkdaşlıqların yaranması baxımından əhəmiyyət kəsb edir. Burada dünyanın 50 ölkəsindən gələn qonaqlar Azərbaycanla ortaq baxışları, ortaq maraqları müəyyənləşdirir, müəyyən ortaq layihələrlə bağlı müzakirə aparırlar.
 “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.


Create Account



Log In Your Account