Apr 18 2019 19:01
Views: 558

“Bakıda və regionlarda fəaliyyət göstərən vəkillərin BMT-nin insan hüquqları mexanizmlərində bilik səviyyələrinin artırılması bu gün Vəkillər Kollegiyasının qarşısında duran əsas vəzifələrdən biridir”. Bu fikirlər Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarının ofisinin birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün təşkil edilən seminarda səsləndirildi. Qeyd edildi ki, vəkillərin peşə hazırlıqlarının yüksəldilməsinə xüsusi önəm verilir.

Vəkillər Kollegiyasının üzvlərinin, dövlət və qeyri-hökumət, o cümlədən, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi seminarda BMT-nin insan hüquqları mexanizmlərinin əhəmiyyəti, Azərbaycanın burada iştirakı və digər mövzularda məruzələr dinlənildi.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında müzakirələr aparıldı.


Create Account



Log In Your Account