Apr 12 2019 18:11
Views: 192

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bütün sahələrdə davamlı və çox dinamik inkişaf edir". Bunu Bakıda jurnalistlərə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri  Valentina Matviyenko deyib. O, Prezident İlham Əliyevlə apardığı danışıqları yüksək qiymətləndirdiyini bildirib. 

Federasiya Şurasının sədri görüş zamanı həm iki ölkə arasındakı münasibətlərin, həm də beynəlxalq məsələlərin müzakirə olunduğunu diqqətə çatdırb. Qeyd edib ki, bütün sahələrdə münasibətlərin inkişafında iki ölkə liderlərinin böyük xidmətləri var.  Onlar yaxşı mühit, qarşılıqlı etimad armosferi yaradıblar. Çox vacibdir ki, bu əlaqələr qarşılıqlı hörmətə, dostluğa əsaslanır. Matviyenko qeyd edib ki, bu başqa ölkələr arasında qarşılıqlı səmərəli əməkdaşlıq üçün çox yaxşı nümunə yaradır. Federasiya Şurasının sədri Prezident İlham Əliyevlə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə apardıqlarını deyib.

Valentina Matviyenko qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya bundan sonra da öz səylərini davam etdirəcək.  Onun sözlərinə görə, münaqişənin həlli yolunu tapmaq olduqca vacibdir. “Bu, böyük siyasi-diplomatik uğur olardı” deyə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri bildirib.

 

 


Create Account



Log In Your Account