Mar 16 2018 16:55
Views: 333

Yeniyetmə rəssamların sərgisində ölkə üzrə 750-dək nümayəndə iştirak edib.  “Vətənə bahar gəlib” adlı sərgidə 1600-dək iş  nümayiş olunub. Müsabiqənin finalında ən yaxşı 150 iş təltif edilib.
İştirakçılardan çoxu üçün bu sərgi ilkdir. Amma 11 yaşlı Səma Əsədova üçün bu, ikinci dəfə fəth olunmuş zirvədir. Onun ilk nailiyyəti Xocalı faciəsinə həsr olunmuş sərgidə fərqlənməsi olub.
Müsabiqədə ilk dəfə iştirak edən uşaqlar da yaxşı nəticələr göstəriblər.
Müsabiqəyə təqdim olunan ən yaxşı işlərin sahibləri fəxri diplomlarla təltif olunublar.


Create Account



Log In Your Account