Mar 08 2019 15:24
Views: 260

Qadınlar ölkəmizdə cəmiyyətin istənilən sahəsində olduğu kimi,  qeyri-hökumət təşkilatlarında da aktiv təmsil olunurlar. 3 mindən artıq təşkilatda minlərlə xanım işləyir. Qadınlar təhsil, səhiyyə, insan hüquqları, vətənpərvərlik və digər istiqamətlərdə ixtisaslaşan təşkilatlarda təmsil olunurlar. Hər il müxtəlif sferaya aid yüzlərlə layihələr keçirilir. Bu sahələr arasında vətənpərvərlik mövzusu xüsusi əhəmiyyət kəsb edir. Müharibə veteranı qadınlarına sosial yardım təşkilatı 25 ildir məhz bu sahədə fəaliyyət göstərir. 
Azərbaycanda 5 mindən çox insan qeyri-hökumət təşkilatlarında məşğuldur. Hesablamalara görə, bunların 40 faizi qadınlardır. Xanımlar daha çox humanitar sahələrdə layihələrə həvəs göstərirlər. Lakin artıq siyasətdə də qadınların sayının artmasına ehtiyac var.  
Bu gün elə bir sahə yoxdur ki, orada gözəl cins nümayəndələri təmsil olunmasın. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Qadınlar arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişib. Eyni zamanda, xanımlar vətəndaş cəmiyyətinin aktiv qismi sayılırlar. 
Bu gün Azərbaycan cəmiyyətində xanımların bütün sahələrdə fəal olması təbii və labüddür. Ölkəmizin gələcəyi ilə bağlı olan bütün sahələrdə qadınların böyük üstünlüklə təmsilçilik hüququ əldə etməsi təqdirəlayiq bir haldır. Bu isə cəmiyyətin daha ədalətli və sivil dəyərlərlə əhatə olunmasına öz töhfəsini verir.


Create Account



Log In Your Account