Aug 23 2019 17:54
Views: 191

Artıq vətəndaşların Əmlak Məsələləri Dövlər Komitəsinə müraciətləri virtual olaraq canlı şəkildə cavablandırılacaq. Komitənin regional qurumlarına nəzarət birbaşa canlı bağlantı ilə onlayn formada aparılacaq. Bunu nəzərdə tutan layihə bu gün komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində təqdim olunub.

Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, əsas məqsəd vətəndaşların rahatlığını təmin etmək, onların vaxt itkisinin qarşısını almaqdır. Tətbiq olunan innovasiyalar əmlakla bağlı vətəndaşların işlərini xeyli asanlaşdıracaq. Bununla yanaşı, komitənin yerli qurumları ilə mərkəzi aparat arasında ünsiyyəti rahatlaşdıracaq.


Create Account



Log In Your Account