Feb 19 2019 18:08
Views: 431

“ASAN finans” sistemi “Elektron hökumət”in alt sistemidir. Bu sistemin əsas məqsədi kredit və sığorta təşkilatlarına dəstək olmaqdır”. Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsallıqla Reallığa” adlı tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, “ASAN Finans” ölkə vətəndaşlarına onlayn rejimdə maliyyə xidmətləri göstərəcək.

“ASAN Finans” sistemi vasitəsi ilə fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. Sistemin əsas məqsədi müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz xidmət göstərilməsini təmin etməkdir. Məlumatların sistemə daxil edilməsi üçün isə vətəndaşların razılğı olmalıdır.

“ASAN Finans” layihəsi ona inteqrasiya olunmuş təşkilatların yeniliklərinə də dəstək verir. Belə ki, vətəndaşlar rəqəmsal mühitdə özlərinə aid məlumatları “ASAN Finans” sisteminə inteqrasiya olunmuş təşkilatlara elektron formada yönləndirə biləcəklər. “ASAN Finans” eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərəcək.


Create Account



Log In Your Account