Jun 05 2020 18:17
Views: 571

Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb. 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan və  Türkiyə Hökumətləri arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş hər iki ölkədə bu həftə təsdiqlənib. Türkiyə vətəndaşları da Azərbaycanda 90 gün vizasız qala biləcək. Qeyd edək ki, əvvəllər bu müddət hər iki ölkənin vətəndaşları üçün 30 gün idi.

Bəs 3 ay vizasız qalma haqda saziş hansı gündən qüvvəyə minəcək? Bu sualı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim CBC televiziyasına müsahibəsində cavablandırıb. Səfir həmçinin Türkiyədə koronavirusun qarşısının alınması tədbirləri, həftəsonu küçəyə çıxmaq yasağının pandemiya ilə mübarizədə səmərəsi, Azərbaycana qayıtmaq üçün növbəti təxliyyə reyslərini gözləyən soydaşlarımızdan danışıb.


Create Account



Log In Your Account