Apr 12 2019 18:15
Views: 483

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə həsr olunmuş məruzə axşamı keçirilib. “İmadəddin Nəsimi və onun dövrü” adlanan tədbirdə İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətindən danışılıb. Tanınmış almaniyalı alim, nəsimişünas Mixael Raynhard Hessi Nəsimi yaradıcılığının araşdırılmasında və tərcüməsində müasir problemlərə toxunub. Alim bildirib ki, Nəsimi şeiriyyatının bədii keyfiyyəti və fəlsəfi görüşlərinin dərinliyi onu öz müasirlərindən ciddi şəkildə fərqləndirir. Eyni zamanda, yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini layiq olduğu yüksək ədəbi səviyyəyə qaldırıb, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin əsasını qoyub. Diqqətə çatdırılıb ki, Nəsimi dühası, onun yaradıcılığındakı keyfiyyət və fəlsəfi görüşlər 21-Cİ əsrdə də öz aktuallığını qoruyur.


Create Account



Log In Your Account