Sep 02 2019 19:06
Views: 167

Sentyabrın 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv edib.  Bu qərar hər iki tərəfdə, xüsusilə Türkiyədə böyük sevinc və məmnunluqla qarşılanıb. CBC-yə eksklüziv müsahibəsində Türkiyə səfiri Erkan Özoral  bildirib ki, bu qərar qardaş Azərbacyan və Türkiyə arasında münasibətlərin növbəti yüksəliş mərhələsi yaşamasına səbəb olacaq.
“Viza rejiminin ləğvi iki tərəf üçün də sevindirici  bir hadisədir. Özəlliklə Türkiyədə bu qərar çox böyük məmnunluqla qarşılandı. Əslində, Türkiyə vətəndaşlarının Azərbaycana giriş-çıxışı ilə bağlı böyük bir problem yox idi. Çünki Türkiyə vətəndaşları Bakida hava limanında vizanı ala blirdilər. Elektron vizanın tətbiqi işləri daha da asanlaşdırmışdı. İndi vizanın ləğvi önəmli bir hadisədir. Əminəm ki, bu qərar Türkiyə ilə  Azərbaycan arasında münasibətlərin daha da yüksəlişə səbəb olacaq”.
 

 


Create Account



Log In Your Account