May 11 2019 19:48
Views: 223

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağında Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” sərgisinin 25 illik yubileyi münasibətilə badam və nar ağacları əkilib. Ağacəkmə aksiyası Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də sərginin iştirakçısı və təşkilatçılarının iştirakı ilə baş tutub. Məhz bu ağacların əkilməsi də təsadüfi deyil. belə ki, qədim vaxtlardan badam ağacı təmizlik, çiçəklənmə və məhsuldarlıq rəmzi hesab edilir. Nar isə Azərbaycanın ayrılmaz atributu, canlanan həyat və təbiət simvolu, eləcə də “WorldFood Azerbaijan” sərgisinin yeni imicinin tərkib hissəsidir.Qeyd edək ki, “WorldFood Azerbaijan” sərgisi öz qapılarını ziyarətçilərin üzünə ilk dəfə 1995-ci ildə açıb və o vaxtdan etibarən həm Azərbaycanda, həm də regionda mütəxəssislər arasında artan nüfuza malikdir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan çox ölkəni təmsil edən 2 mindən çox şirkəti bir araya gətirib.


Create Account



Log In Your Account