Sep 19 2018 15:16
Views: 503

Artıq 10 ildir ki, Milli Musiqi Günü təkcə musiqi bayramı olaraq deyil, həm də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi qeyd edilir.  Bu ilki Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı  görkəmli bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib. 
Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqi tarixi ənənələri UNESCO-nun qorunması altındadır. Nazir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəylinin adı Azərbaycanın musiqi tarixinə əbədi həkk olunub.
Üzeyir Hacıbəyli və Qara Qarayev məktəbinin layiqli davamçısı olan Arif Məlikov Üzeyir bəyin ölməz musiqisinin daim yaşayacağını deyib. Xalq artisti Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə - Üzeyir Hacıbəylinin 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Builki festivalın açılışında İlk olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib. 
Festival çərçivəsində paytaxtda musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış musiqiçilərin əsərləri səslənəcək, görkəmli ifaçılar konsert proqramı ilə çıxış edəcəklər. Beynəlxalq festival sentyabrın 28-dək davam edəcək.


Create Account



Log In Your Account