Feb 02 2019 15:24
Views: 557

Artıq Azərbaycan Xalça Muzeyində sərgilənən xalçaları yalnız izləmək yox, onları hiss etmək də mümkündür. Xüsusi mühafizəyə ehtiyacı olan qədim xalça nümunələrindən fərqli olaraq bu miniatür xalılara toxunmaq olar. Bu,  Azərbaycanda ilk sosial layihə olan “Tarixə və ənənəyə toxunuş” layihəsi çərçivəsində mümkündür.  Fevral ayı ərzində davam edəcək layihə görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulub.

Bundan başqa ekspozisiyanın bir hissəsini Türkiyədən gətirilən səyyar sərgi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə böyük uğurla nümayiş etdirilib. Ekspozisiyaya dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili kimi növləri görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya bilir.

Bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunub. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir. Ekspozisiyanın əsası 15 əşyadan ibarətdir. Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün ustad dərsləri təşkil olunacaq.


Create Account



Log In Your Account