Dec 07 2019 19:53
Views: 169

Yevlax-Zaqatala və Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi əsaslı şəkildə yenidən qurulur. Dövlət başçısının sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmir-tikinti işləri davam etdirir. K.A.M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası hazır olan hissələrə 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. 3 avtomobil körpüsünün inşası aparılır. Körpülər yolun Alıcançay, Şirvan kanalı və Dəhnəçay üzərində inşa olunacaq. Bundan başqa, yol boyu müxtəlif diametrlərə malik 87 borunun inşası aparılır. Layihəyə uyğun olaraq 7 nöqtədə yeraltı keçid də tikilir. Magistral yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur. Eyni zamanda, Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Bu yolda 5 avtomobil körpüsü inşa edilir.


Create Account



Log In Your Account