Apr 17 2019 14:32
Views: 516

“Dünya hələ Nəsimi yaradıcılığının fəlsəfəsini tam dərk etməyib”. Azərbaycanın xalq artisti, Nəsimi filmində dahi şairin obrazını yaratmış Rasim Balayev belə deyir. Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində bu dəfəki yaradıcılıq gecəsi xalq artisti Rasim Balayevə həsr olunub. Aktyor bildirib ki, 1973-cü ildə dahi mütəfəkkir Nəsimi haqqında çəkilən filmdə onun obrazını yaratmaq karyerasında mühüm mərhələ olub. Bu obraz onun sonrakı yaradıcılıq yolunu müəyyən edib.

Xalq artisti 2019-cu ilin Nəsimi ili elan olunmasını onun yaradıcılığının təbliği baxımından önəmli hesab edir. Onun sözlərinə görə, Nəsiminin irsi hələ uzun illər araşdırma mövzusu olacaq. Digər tərəfdən bu, Azərbaycanın öz dahi şairinə sahib çıxması kimi qəbul oluna bilər.

Xalq artisti Rasim Balayevlə görüşə ölkənin tanınmış mədəniyyət xadimləri, ictimaiyyət xadimləri, Rasim Balayev sənətinin pərəstişkarları toplaşıb. Dahi şairin obrazını əvəzolunmaz şəkildə yaradan xalq artisti deyir ki, Nəsimini tam olaraq yalnız onun yaradıcılığını dərindən araşdıranlar anlaya bilər. Bəşəri dəyərləri özündə əks etdirən Nəsimi qəzəlləri tamamilə başqa, sirli bir dünyadır.


Create Account



Log In Your Account