Apr 21 2018 14:05
Views: 267

Ermənistanda Serj Sarkisyanın baş nazir postuna təyin edilməsinə etiraz edənlərin sayı durmadan artır.Ötən gün Ermənistanın Azadlıq meydanına toplaşan minlərlə  vətəndaş  Sarkisyanın Hakimiyyətdən getməsini tələb edib. Aksiyaya başçılıq edən müxalif deputat Nikol Paşinyan Ermənistanın baş naziri təyin olunan  Serj Sarkisyanın vəziyyətə nəzarət etmədiyini bəyan edib. Nikol Paşinyan  Serj Sarkisyanın istefaya çağırıb. Qeyd edib ki, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır. O bildirib ki plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq. Ekspertlər  Ermənistandakı  aksiyaların əvvəlki illərdən fərqli olduğunu deyirlər. Çünki bu dəfəki etirazlar hansısa xarici qüvvələrin  təsiri ilə deyil, məhz xalqın istəyilə baş qaldırıb.
Etiraz aksiyalarına qatılanların əksəriyyətini tələbələr və gənclər  təşkil edir. Ermənistan mətbuatının məlumatına görə bəzi ali məktəblərin tələbələri dərslərdən belə imtina edib. Aksiya iştirkaçıları artıq bir neçə gündür əsas küçə və prospektləri bağlıyır, yolları yük maşınları ilə mühasirəyə alır, dövlət idarələrinin qarşısında aksıyalar keçirir. Narazı kütlə Ermənistanın “Zvarnots” beynəlxalq hava limanına gedən yolu da  bağlayıb. Onlar polisin tələblərinə məhəl qoymayaraq hökumətə qarşı şüarlar səsləndirir. məlumata görə Ermənistanın müxtəlif polis bölmələrinə ümumilikdə 200-ə yaxın adam gətirlib. Bəzilərinə qarşı artıq cinayət işi açılıb. Hələlik Qərb ölkələri baş verənlərə sakit yanaşır və tərəfləri  danışıqlar  masası arxasına keçməyə çağırır. Ekspertlərin fikrincə istər Rusiya, istərsə də  qərb ölkələri hadisələrin gedişatını hələ ki müşahidəçi olaraq izləyir.
Xatırladaq ki,Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin edilib.


Create Account



Log In Your Account