May 31 2019 17:34
Views: 523

Azərbaycanın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Xalq yazıçısının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə bu fikirlər səsləndirilib. Bildirilib ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, yazıçı “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli düşüncəmizin inkişafına töhfə verən digər sanballı nəsr əsərləri ilə daim qəlblərdə yaşayacaq. Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, görkəmli yazıçı həm də bir vətəndaş kimi Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməyib. 1990-cı ilin Qanlı yanvar hadisələri zamanı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirib. Uzun illər pedoqoji fəaliyyətlə məşğul olan İsmayıl Şıxlı şərəfli bir müəllim ömrü yaşayıb.

Çıxış edənlər İsmayıl Şıxslının hər zaman yaradıcılığa təzə başlayan gənclərə dəstək olduğunu qeyd edərək onu böyük yazıçı və mərd, cəsarətli bir insan kimi xarakterizə ediblər. qeyd olunub ki, İsmayıl Şıxlının təkcə “Dəli Kür” romanı onun XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşməsinə kifayət edir. Bununla belə, görkəmli yazıçı ömrünün sonuna qədər yazmağa-yaratmağa davam edib.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Əsərlərindən parçalar səsləndirilib. Xatırladaq ki, xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə sərəncam imzalayıb.


Create Account



Log In Your Account