Oct 21 2019 15:55
Views: 510

Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın kulinarlarından bir qrupu, Azərbaycan Ordusunu təmsil edən baş aşbazlar və qonaqlar iştirak ediblər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında istehsal olunan Qarabağ xalçalarından ibarət sərgi tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi “Azərbaycan mətbəxi” kitab sərgisində dünya şöhrətli kulinarımızın  kitabları sərgilənib. Azərbaycan kulinarlarının hazırladıqları un və qənnadı məhsullarının nümunələri, eləcə də səhra mətbəxində hazırlanan əsgər yeməkləri və “Şah plov”u nümayiş olunub. Azərbaycan Ordusunun aşbazlarının beynəlxalq müsabiqələrdə qazandığı mükafatlar, kuboklar, medallar, diplomlar sərgilənib.


Create Account



Log In Your Account