Nov 18 2019 16:31
Views: 64

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km-dir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolda  bir-neçə istiqamət üzrə yenidən qurma işləri aparır. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir.  Bundan başqa 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərininümumi uzunluğu 8 km-ə yaxın olan giriş yolları dayenidən qurulurTorpaq və çınqıl örtüklü olan yollarda xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış mətəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb. Mövcud borular isə təmir olunaraq bərpa edilib.  Yolun 200 min m2-dən çox hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq.  Yolcizgi və yolgöstərici xətlər çəkiləcək.


Create Account



Log In Your Account