Dec 29 2018 16:05
Views: 399

Azərbaycanın Dağlıq Qarabağın bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə ötən əsrin 80-ci illərinin sonlarından  başlanıb. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib.  Xankəndi separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Xankəndini tam işğal etmək üçün ermənilər Kərkicahan istiqamətində hücuma keçib azərbaycanlıları sıxışdırıb çixarmaq istəyirdilər.” Buna görə də 26-27 dekabrda böyük bir qüvvə ilə erməni yaraqlılalrı həm silah, həm canlı qüvvə üstünlüyü ilə hücuma keçir. Kərkicahanı müdafiə edən qüvvələrimiz məhdud idi, əsas da milis qüvvələri idi. Buna baxmayaraq, çox ciddi müqavimət göstərdilər”.

Lakin Ermənistan Kərkicahanı tam işğal edə bilmir. Sovet İttifaqının süqutundan sonra yaranmış siyasi xaos və gərginlikdən istifadə edən Ermənistan xarici qüvvələrin də dəstəyilə işğalçılıq planlarını genişləndirib. 1992-ci ilin əvvəlində yenidən hücum təşkil edərək Kərkicahanı ələ keçirib. Beləliklə, Xankəndinin işğalını başa çatdırıb.

Bu döyüşlərdə 34 nəfər azərbaycanlı şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfərİ qadın, 2-si isə azyaşlı uşaq olub. Millət vəkili Fərəc Quliyev hesab edir ki, Xankəndinin işğalı bütövlükdə Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı prosesinin başlanğıcı olub.

1988-ci il hadisələri başlayanda Xankəndində 17 minə yaxın azərbaycanlı yaşayıb. 1991-ci ildə isə işğal başa çatıb və sonuncu azərbaycanlı ailəsi də şəhəri tərk etməyə məcbur olub. 27 il keçməsinə baxmayaraq Xankəndindən olan azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlarına inamlarını itirməyiblər.

Xankəndi şəhəri XVIII əsrin axırlarında Qarabağ xanları tərəfindən inşa edilib. 1813-cü ilədək bir erməninin də yaşamadığı Xankəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib. 1923-cü ildə  Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.  Həmin il ermənilərin müraciəti əsasında Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı soyqırımı törətmiş Stepan Şaumyanın adı ilə Stepanakert adlandırılıb.

 

 


Create Account



Log In Your Account