Jul 03 2019 16:23
Views: 273

Təbii fəlakətlər və müharibələr Dünyanın mədəni və təbii irsinin məhv olma təhlükəsi altına salan əsas faktorlar hesab olunur. Uzun illərdir ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında olan mədəni irsi, tarixi abidələri məhv edir. UNESCO-nun 43 cü sessiyasının iştrakçıları rəsmi Bakının  işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonda yerləşən tarixi-mədəni  abidələrinin monitrinqinin keçirilməsi təklifinə qoşulub.

Ermənistanın işğal etdiyi Azərbaycan Torpaqlarında 700-ə yaxın tarixi abidə, 80 mindən çox eksponata malik 30-a yaxın muzey, bir neçə rəsm qalereyası, 10-dan çox xatirə kompleksləri və yüzlərlə digər mədəniyyət abidəsi məhv edilib. Azərbaycan Artıq 20 ildən çoxdur ki, bununla bağlı həyəcan təbili çalır. forum iştrakçılarının fikrincə UNESCO hərbi konfliktlər səbəbi ilə zərər görmüş abidələrin qorunması, və bərpa olunması ilə bağlı səylərini artırmalıdır.

İşğal olunmuş ərazilərdə ekspertlərin missiyasının təşkil olunması cəhdlərinin qarşısını Ermənistan rəhbərliyi uzun illərdir ki, alır. Yürüdülən bu siyasət bir daha Ermənistanın regionda dayanıqlı inkişaf və mədəni irsin qorunması məsələlərində qeyri konstruktiv mövqeyini ortaya qoyur.


Create Account



Log In Your Account