Sep 30 2019 19:37
Views: 226

Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyinin həqiqi marağının olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında belə deyib. Bildirib ki, Ermənistan Baş naziri və Hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatları onların beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur. Azərbyacanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan Elmar Məmmədyarov bu sənədlərin icrasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası kompromis mövzusu ola bilməz.


Create Account



Log In Your Account