Dec 04 2019 19:30
Views: 187

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Slovakiyanın paytaxtı Bratislavada görüşəcək. ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı göstərdiyi səylər istənilən nəticəni verməyib. Buna Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi, o cümlədən son iki ildə hakimiyyətdə olan baş nazir Nikol Paşinyanın davranışı imkan yaratmayıb. Azərbaycanın əsas məqsədi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsinin götürülməsi, BMT-nin qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinin təmin edilməsidir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov baş tutacaq görüş barədə rəsmi Bakının mövqeyini yenidən dilə gətirib. XİN başçısı “mövcud status status kvo heç kimi qane etmir” fikrini səsləndirib. Ekspertlər hesab edir ki, Bratislavada keçiriləcək görüş danışıqların müəyyən mərhələyə daxil olduğunu deməyə əsas verir. Ekspert hesab edir ki, xarici işlər nazirlərinin görüşündə humanitar məsələlər müzakirə olunacaq. Dağlıq Qarabağın Azərbaycanlı və erməni icması arasında görüşlərin keçirilməsi onların öz müqəddatını həll olunması baxımından önəmlidir. Rəsmi Ermənistanın danışıqlar masasına təhlükəsizlik məsələlərini çıxaracağı gözlənilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən bir gün öncə bəyanatında bildirib ki, Azərbaycan tərəfi ATƏT in Minsk Qrupunun həmsədrlərinə vəziyyətin dəyərləndirilməsi və təhlükəsizlik məsələsinin həll olunması üçün məruzənin hazırlanması ilə bağlı müraciət edib. Nazir bildiribn ki, bunun üçün ciddi predmetli danışıqlar lazımdır.


Create Account



Log In Your Account