Feb 25 2019 18:52
Views: 378

“Xocalı soyqırımının məsuliyyəti bütövlüklə Ermənistan tərəfinin üzərindədir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, faciə nəticəsində Azərbaycan iqtisadiyyatına 170 milyon dollar həcmində ziyan vurulub. Qurum rəsmisi Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatı da diqqətə çatdırıb. Bəyanatda qeyd edilir ki, erməni millətçiləri hələ SSRİ-i dövründə - 1987-1988-ci illərdən etibarən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatizmin təşviqi və terrorizmin açıq dəstəklənməsi siyasətini yeritməyə başlayıblar. Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar olub.


Create Account



Log In Your Account