Nov 08 2019 19:15
Views: 122

Türkiyədə təhsil alarkən Afrikada könüllü fəaliyyət göstərən həmkarlarından nümunə götürən Mehriban Əlizadə ilk dəfə 2018-ci ildə Nigerdə bir neçə ay xəstəxanada işləyib. İki həftə ərzində çox gərgin iş qrafikində işləyən  Mehriban gün ərzində 50-70 xəstəni müayinə edib. Kiçik qrup şəklində Türkiyədən ezam olunan könüllü həkimlər heyətində Afrikaya gedən həkim kiçik əməliyyatlar da icra edirmiş. 
2019-cu ildə yenidən missiyanın tərkibində Nigerə gedən Mehriban həkim gələcəkdə də könüllü işini davam etdirmək niyyətindədir.
8 ildir Almaniyada kardioloq işləyən Firudun QurbanovAzərbaycan  Tibb Universitetində oxuyub, Almaniyada Köln Universitetinin ürək mərkəzində diplomdan sonrakı təhsil alıb.  5 ildir ki, Zigerland Diaqonik klinikasında həkim-kardioloq işləyən Firudun Azərbaycan diaspor fəaliyyətində də yaxından iştirak edir. Gənc həkim bu illər ərzində minlərlə almana doğma vətənini tanıtmağa çalışıb.
Firudun Bakıda keçirilən Medinex sərgisi çərçivəsində keçirilən “Bizimkilər” sessiyasında çıxış edib. Azərbaycan təmsil etməkdən qürur duyduğunu deyən Firudun Qurbanov ölkəsində səhiyyənin inkişafına töhfə vermək üçün bir gün mütləq geri dönəcəyini bildirir.  

 


Create Account



Log In Your Account