Sep 06 2019 15:49
Views: 186

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-Yorkda keçirilən moda həftəsində “Xarı bülbül çiçəyi” kolleksiyasını təqdim edib. Yeni kolleksiya dünyanın əfsanəvi fashion məkanı olan “Springs Studio”da nümayiş olunub.
Müəllifi “Xarı bülbül” mövzusunda olan bu kolleksiyanı yaratmağa Dağlıq Qarabağda bitən nadir və zərif çiçək ruhlandırıb. Çiçəyin bənövşəyi və çəhrayı rəngli naxışı kolleksiya üçün istifadə olunan parçaların həm rənglərində, həm strukturunda əksini tapıb. 
Xarı bülbül çiçəyi paltarların motivlərində əks olunub, eyni zamanda ayaqqabı və saç dizaynında da istifadə dinamik bir üsluba səbəb olub. Daşdan hazırlanmış əlcəklər cazibədar tamamlayıcı aksesuar kimi böyük maraqla qarşılanıb. Xalq artisti Aygün Kazımova da moda nümayişində dizaynerə dəstək olub.
Xatırladaq ki, bu, Rüfət İsmayılın Nyu Yorkdakı 3-cü moda nümayişidir.  Onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. Azərbaycanlı dizaynerin kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.


Create Account



Log In Your Account