Jun 15 2019 12:50
Views: 247

“Biz hələ də Heydər Əliyevin etibarlı və sədaqətli köməkçiləri, silahdaşlarıyıq”. Milli lider Heydər Əliyev Moskvada işlədiyi dövrdə onun ətrafında olmuş insanlar belə deyir. 1982-87-ci illərdə Heydər Əliyevi  xarici və ölkəyə səfərlərində müşayiət etmiş, onun sağlığının keşiyində dayanmış, təhlükəsizliyinə cavabdeh olmuş şəxslər hələ də bu güclü şəxsiyyətin liderlik xüsusiyyətlərini, xarizmasını, insanlarla mehriban davranışını xatırlayırlar.
Həmin vaxt milli liderin yanında işləyən əməkdaşları deyir ki, Heydər Əliyev ən xırda məsələləri belə  nəzərdən qaçırmır, onun həllinə böyük diqqət ayırır və mütləq problemin aradan qaldırılmasına nail olurdu. Əməkdaşların şəxsi problemlərini öz problemi kimi qəbul edərək əlindən gələn köməyi edirdi.
Sovet televiziyasının əfsanəsi sayılan rejissor Kaleriya Kislova Heydər Əliyevin çox xarizmatik şəxsiyyət olduğunu, insanların dərhal onun cazibə qüvvəsinin təsiri altına düşdüyünü vurğulayır. Həmin dövrdə “Vremya” proqramının baş rejissoru işləyən Kaleriya  Kislova milli lideri səmimi qəlbli insan kimi xatırlayır.


Create Account



Log In Your Account