Sep 19 2019 16:53
Views: 262

“Koroğlu” operası dahi Üzeyir Hacıbəylinin ən məşhur əsərlərindəndir. Bu musiqidə Azərbaycan əsgərinin qətiyyətli, məğlubedilməzliyi və cəsarəti özifadəsini tapır. Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı “Koroğlu” operasının üverturası ilə başladı.

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış ediblər. Proqramda Yan Sibeliusun Skripka və orkestr üçün konserti və görkəmli Arif Məlikovun 6 saylı simfoniyası da səsləndirilib.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya və digər ölkələrdən  tanınmış musiqi kollektivləri çıxış edir. Festival sentyabrın 30-dək davam edəcək.


Create Account



Log In Your Account