Oct 23 2019 18:19
Views: 443

Bu il oktyabrın 1-nə olan göstəriciyə görə, Azərbaycanda taxıl istehsalı artaraq 3,4 milyon ton olub, buğda istehsalı isə 2,2 milyon tona çatıb. Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən XI Beynəlxalq Taxıl Konfransında bildirib. O vurğulayıb ki, Azərbaycanda 2018-çi ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 milyon ton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 milyon ton olub. Taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğda da isə bu göstərici 58 faizdən 65 faizə çatıb.

Onun sözlərinə görə, Sahibkarlığa Dəstək və İnkişaf Fondu ölkədə taxıl istehsalı ilə bağlı layihələrə 71 mln dollar ayırıb. Layihələr ölkədə böyük aqroparkların və böyük fermer təsərrüfatlarının yaradılmasını ehtiva edir. Nazir müavini qeyd edib ki, Fond 463 min tonluq 30 taxıl anbarının yaradılması üçün kreditlər də ayırıb. Rüfət Məmmədov taxıl istehsalının Azərbaycan üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.


Create Account



Log In Your Account