May 09 2019 16:15
Views: 331

Bakının göz bəbəyi olan “İçərişəhər”də bərpa işləri aparılır. Tarixi XII əsrə söykənən Qoşa Qala qapıları həm daxildən, həm də fasad tərəfindən konservasiya edilir. Burada işləri artıq 10 ildir ölkəmizdə fəaliyyət göstərən və İçərişəhərdə bir çox tarixi abidələrin bərpasında iştirak edən Avstriyanın məşhur şirkəti həyata keçirir.

Turistlərin də böyük maraq göstərdiyi Qala divarları sonuncu dəfə 1952-57-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib. Yalnız 2011-12-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bu divarların 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.

Şirkət paralel olaraq “Qoşa Qala” meydanında yerləşən 17-ci əsrin əvvəllərinə aid yeraltı hamam üzərində də konservasiya və yenidənqurma işləri aparır. Hamam torpaq və müəyyən tullantılardan təmizləndikdən sonra bərpasına başlanılıb.

Hər iki bərpa işlərinin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı diqqət mərkəzindədir. Daha əvvəl Birinci vitse-prezident Mehriban Əliyeva Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gələrək görülən işlərlə tanış olub. Mehriban Əliyeva aparılan işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq verib.  Eyni zamanda ərazidə görülən işlərlə bağlı ictimaiyyətə dolğun, geniş informasiya verilməsini tövsiyə edib.


Create Account



Log In Your Account