Jun 12 2019 16:10
Views: 453

“Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır.” – Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Böyük Britaniyanın Milli Günü - Kraliça Yelizavetanın doğum günü ilə əLaqədar Bakıda keçirilmiş qəbulda deyib. Onun sözlərinə görə, XX əsrdə Böyük Britaniya şirkətləri Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynayıb. Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biridir. Xələf Xələfov Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirəcəyinə ümid etdiyini qeyd edib.

Xələf Xələfov bildirib ki, İki ölkə arasında əlaqələrin əsasən energetika sahəsində inkişaf etməsinə baxmayaraq, hazırda əlaqələr diversifikasiya prosesindədir. Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bildirib ki, Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsi əlamətdar hadisədir. Səfir ölkələrimiz arasında əlaqələrə toxunaraq, bu münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayıb.

Kraliça Yelizavetanın doğum günü ilə əlaqədar bakıda keçiilən builki qəbul ətraf mühitin qorunması mövzusuna həsr olunub. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Create Account



Log In Your Account