Jul 02 2019 14:26
Views: 269

Ermənistan mətbuatında avqustun 6-da işğal altında olan Xankəndi şəhərində Ümumdünya panerməni oyunlarının açılış mərasiminin keçiriləcəyi və bu oyunlara bir neçə dövlətdən, o cümlədən də İrandan 200-dən artıq idmançının qatılacağı ilə bağlı xəbərlər yayılıb. İranın Azərbaycandakı səfirliyi onlarda Azərbaycanın işğal olunmuş ərazilərində Ümumdünya panerməni oyunlarının keçirilməsi haqda etibarlı məlumatın olmadığını açıqlayıb.  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə işğal olunmuş ərazilərə qanunsuz səfər edən xarici ölkə vətəndaşlarının arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini açıqlayıb.

“Azərbaycan hökumətinin razılığı olmadan onun beynəlxalq tanınmış ərazilərinə, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edən əcnəbilərə münasibətdə mövqeyimiz bəllidir. Azərbaycanın qanunvericiliyini və beynəlxalq hüququn prinsiplərini pozaraq ölkəmizə qanunsuz səfər edən əcnəbilər ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına daxil edilir.”


Create Account



Log In Your Account