Jun 03 2019 16:32
Views: 449

“Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimalla Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur.”

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb. Açıqlamada bildirilib ki, münaqişənin həllinin yeganə yolu işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasıdır. Açıqlamada bildirilir ki, Ermənistan danışıqlarda irəliləyişə nail olmaq üçün real addımlar atmalıdır.

 Qeyd edək ki,  ATƏT-in Minsk qrupunun regionda səfərdə olduğu bir vaxtda, mayın 30-da Ağdam rayonu istiqamətində Ermənistan cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozaraq növbəti dəfə təxribat törədib. Ermənistan hərbçilərinin açfığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov şəhid olub.


Create Account



Log In Your Account