May 10 2019 17:41
Views: 1712

 

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə səfəri və orada səsləndirdiyi bəyanatlara münasibət bidirib. Nazirlyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva mətbuata açıqlamasında qeyd edib ki, Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarıc olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir.


Create Account



Log In Your Account