Jul 19 2019 14:45
Views: 210

“Baş vermiş bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir.” Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbacan əsgərinin yaralanması ilə bağlı açıqlamasında yer alıb. Nazirlik rəsmisi, hadisənin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verməsinin xüsusi vurğulanmalı məqam olduğunu bildirib.

Leyla Abdullayeva bildirib ki, Ermənistan rəhbərliyi həm erməni, həm də Azərbaycan xalqlarının marağında olan əsas məsələnin bölgədə davamlı sülh və rifahın təmin edilməsi olduğunu sonunda anlamalıdır. Bunun üçün isə işğala son qoyulmalıdır.

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini iriçaplı silahlardan atəşə tutub və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin əsgəri Ceyhun Bayramov yaralanıb. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.


Create Account



Log In Your Account