Jul 25 2019 14:41
Views: 365

"Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən qondarma "DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir” . Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı söylədiklərinə dair kütləvi informasiya vasitələrinin sualını cavablandırarkən deyib. Bildirib ki, bu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlrdə də əksini tapıb.

Leyla Abdullayeva bildirb ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları - Ermənistan və Azərbaycan arasında aparılır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə prosesə cəlb oluna bilər. Xarici İşər Nazirliyinin rəsmisi bu barədə ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edib.

Leyla Abdullayeva bu gün məhz işğalçı Ermənistan rəhbərliyinin bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən Azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verməsinin təəssüf doğurduğunu bildirib. Qeyd edib ki, sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Leyla Abdullayeva Ermənistan tərəfinin bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törətdməsinin ilk olmadığını vurğulayıb. 


Create Account



Log In Your Account