Feb 27 2019 17:48
Views: 333

"Ermənistan rəsmilərinin ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan müdafiə naziri David Tanoyanın ölkəsinin hücum silahları əldə etməsi barədə açıqlamasına cavab olaraq bunu bəyan edib. Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva CBC -yə açıqlamasında bildirib ki, Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il əvvəl törətdiyi Xocalı soyqırımının ildönümü günü bu bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir.

Ekspertlərin fikrincə, erməni tərəfinin bu tipli açıqlamalarının heç bir əsası yoxdur.  Ermənistanın özünün təcavüzkar olduğu halda hücum taktikası barədə bəyanatlar verməsi, Azərbaycanın hərbi gücünün artması qarşısında daxili auditoriyaya hesablanmış boş sözləridir. 

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Davod Tanoyan ölkənin ictimai televiziyasına müsahibəsində rəsmi Yerevanın hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bəyan edib. Azərbaycanın müdafiə nazirliyi bildirib ki, hərbi strategiyadan anlayışı olmayan David Tanoyan müdafiə və hücumun nədən ibarət olduğunu anlamır. Tanoyanın nazir müavini olduğu 2016-cı ilin aprel döyüşləri vaxtı, eləcə də nazir olduğu Günnüt əməliyyatı zamanı dırnaqrası hücuma keçmək istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq.  Azərbaycan müdafiə nazirliyi qarşı tərəfin bu populist açıqlamasının daxili auditoriyaya yönəldiyini və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyini bildirib. Nazirliyin açıqlamasında qeyd olunur ki, Azərbaycan ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu Tanoyanın özü də etiraf edib.


Create Account



Log In Your Account