Feb 13 2019 14:19
Views: 420

Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil. Paşinyanın son açıqlamaları danışıqlarla bağlı mövcud vəziyyətin gərginləşdirməyə yönəlib.  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva CBC-yə açıqlamasında bunu bildirib. Onun sözlərinə görə, Ermənistan baş naziri bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışır, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir

Dağlıq Qarabağ münaqişəsinin danışıqların formatı beynəlxalq standartalra uyğun formalaşdırııb. Paşinyanın bu formatı dəyişdirmək cəhdi qəbuledilməzdir. Politoloq Hikmət Babaoğlu deyir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının seçkilərdə iştirak etməsi, erməni icmasının isə seçkiyə qatılmaması barədə müqayisənin özü uğursuzdur. Çünki Dağlıq Qarabağın hər iki icmasının üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdır.

Politoloq vurğulayır ki, Paşinyan rəsmi görüşlərdə bir mövqe, daxili auditoriya qarşısında digər mövqe nümayiş etdirir. Diplomatiyada autizm simulyasiyası adlanan bu siyasi texnologiyanın məqsədi danışıqları pozmağa yönəlib.  Azərbaycanın vətəndaşlarını müharibəyə hazırlaması ilə bağlı fikrə gəlincə, bu da cavabsız qalmayacaq.

Politoloq bildirib ki, Ermənistanın baş naziri bu cür ziddiyyətli açıqlamalar verməkdənsə, ATƏT-in Minsk qrupu qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi, substantiv danışıqlar barədə düşünməsi daha yaxşı olardı.


Create Account



Log In Your Account