Jul 12 2019 17:20
Views: 225

“İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir.” Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Slovakiyada keçirilmiş qeyri-formal nazirlər görüşündə Dağlıq Qarabağda yaşayanların insan hüquqlarının müdafiə olunması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərəkən deyib. Leyla Abdullayeva diqqəti ermənistran – Azərbaycan, dağlıq qarabağ münaqişəsi nəticəsində dogma torpaqlardan didərgin salınmış azərbaycanlı məcburi köçkününlərin problemlərinə yönəldib.

Leyla Abdullayeva həmçinin Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin ediləcəyi təqdirdə insan hüquqlarının ayrı seçkiliyə yol verilmədən qorunmasının mümükünlüyünü vurğulayıb 

Leyla Abdullayeva qeyd edib ki, Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər.  


Create Account



Log In Your Account