Apr 12 2019 18:33
Views: 988

“Ermənistan baş naziri  bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin  Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasında çıxışı ilə bağlı şərhində  belə deyilir. Bildirilir ki, dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Qeyd olunur ki, sülh mühitinin yaradılması Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

Ekspertlər hesab edir ki, Paşinyanın AŞPA-dakı çıxışı ziddiyyətli xarakter daşıyır. Münaqişənin həllindən danışan baş nazir qondarma Dağlıq Qarabağ rejimini danışıqlarda tərəf kimi çıxış etməsinin tərəfdarı olduğunu deyir.  Digər yandan Paşinyan münaqişənin həllində dialoqun səviyyəsindən razı olduğunu qeyd etməklə konstruktiv mövqe nümayiş etdirməyə çalışır. Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki, bu mövqe münaqişənin dinc vasitələrlə tənzimlənməsini ciddi şəkildə məhdudlaşdırırı.

Ermənistanın baş naziri çıxışında daha da irəli gedərək Dağlıq Qarabağdakı sepaatçı rejimi ilə Avropa Şurası arasında əlaqələrin və guya demokratiyanın bərqərar olması üçün əməkdaşlıq perspektivlərindən danışması Azərbaycanın ərazi bütövlüyü məsələsini şübhə altına qoyur. Ekspertlər də hesab edir ki, Avropa Şurası Paşinyanın bu təklifinə dərhal reaksiya verməli idi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Digər tərəfdən  Paşinyan çıxışında bildirib ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.  Bu istiqamətdə ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyir. Ekspertlər hesab edirlər ki, Paşinyanın AŞPA-dakı çıxışı rəsmi Yerevanın riyakarlığını növbəti dəfə nümayiş etdirib. Belə ki, Ermənistan baş naziri Avropa tribunalarından sülh çağırışı etsə də, ölkəsində Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürür. Bu isə daxiri auditoriyaya və hakimiyyəti qorunmasına hesablanmış bəyanatlardır.

Paşinyanın AŞPA-dakı çıxışından sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Ülviyyə Ağayeva Ermənistan baş nazirinə BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrini xatırladıb və bu sənədlərin niyə icra olunmadığını soruşub. Ermənistanın baş naziri bu suala birbaşa cavab verməkdən yayınıb. Nikol Paşinyan növbəti dəfə danışıqlar formatını dəyişmək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlara cəlbindən danışıb.


Create Account



Log In Your Account