Feb 25 2020 17:40
Views: 195

“Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərir”. XİN-in ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatla bağlı açıqlamasında belə deyilir. Bildirilir ki, bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır. Erməni təxribatı nəticəsində ötən gün şəhid olan Azərbaycan hərbçisi dəfn edilib. Şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin və digər dövlət qurumlarının məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib. Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər İbrahim Vəliyev qəhrəmancasına şəhid olub.


Create Account



Log In Your Account