Sep 17 2019 19:22
Views: 220

SOCAR-ın birinci vitse-prezidenti,akademik Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabının fransız dilində nəşrinin təqdimatı keçirilib. Azərbaycan-Fransız Universitetində keçirilən təqdimatda AMEA-nın prezidenti Akif Əlizadə, SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov, “Total-Abşeron” şirkətinin baş meneceri Denis Lemarchal və başqa qonaqlar iştirak ediblər.  “Ömrümün illəri və izləri” kitabı Azərbaycanın böyük neft epopeyası haqqında hekayələr toplusudur. Müəllif son 55 ildə Azərbaycanda neft və qaz sənayesinin inkişafı, yeni neft strategiyasının uğurlu, bəzən də dramatik səhifələrini qələmə alıb.

Təbdirdə çıxış edən “Total-Abşeron” şirkətinin baş meneceri Denis Lemarchal kitabın müəllifinə təşəkkür edib. Onun sözlərinə görə, Xoşbəxt Yusifzadənin həyatı həm də XX əsrdə neft və qaz sahəsində qabaqcıl olmuş bir ölkənin də tarixidir.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov isə Xoşbəxt Yusifzadənin sıravi neftçilərə belə qayğı ilə yanaşdığını, onların problemlərinin həllinə çalışdığını deyib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı isə “Ömrümün illəri və izləri” kitabını neftçi-alimin manifesti adlandırıb.

“Ömrümün illəri və izləri”  kitabının fransız dilinə tərcüməçisi Jeamine Lemarchaldır. kitabın müəllifi “Əsrin müqavilə”sinin 25-ci ildönümünün ərəfəsində hər kəsə oxumağı tövsiyə etdi. 2010-cu ildə “Ömrümün illəri və izləri” kitabı Azərbaycan və rus dillərində çap olunandan sonra, 2017-ci ildə Vyetnam dilinə tərcümə olunub və Hanoy şəhərində təqdim edilib.


Create Account



Log In Your Account