Feb 26 2019 14:37
Views: 403

Bütün bunlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi vəhşiliklərdən sadəcə bir neçəsidir. Həmin gecə keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyindən istifadə edərək ermənilərin Xocalı şəhərini işğal etməsi ilə Azərbaycan tarixində ən qanlı səhifə açıldı. Erməni quldurları bir gecənin içində  106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfəri vəhşicəsinə qətlə yetirdi.Səkkiz ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü, 197 nəfər  isə itkin düşdü.

Bununla da   erməni caniləri illərlə  Azərbaycanlılara  qarşı bəslədiyləri nifrəti  bir anın  içində soyqırıma çevirdi. Üzərindən 27 il ötsə də   Azərbaycan hələ də ona qarşı  aparılan ikili standartlar üzündən dünyaya haqq səsini çatdırmaqda çətinlik çəkir.Ermənilər  isə bunun bir soyqırım  deyil, müharibə şəraitində baş verən hadisə kimi qələmə verir.

Nurinberg hərbi tribunalının nizamnaməsinə görə Xocalı faciəsi soyqırım hesab edilir. Beynəlxalq cinayət məhkəməsinin  Ruanda  və Yuqaslaviya işi üzrə nizamnaməsi və beynəlxalaq cinayət məhkəməsinin statusunun 6-cı maddəsi Azərbaycana beynəlxalq məhkəməyə müraciət edərək  qətliama beynəlxalq hüquqi statusun verilməsi və soyqırım kimi tanıdılması hüququ verir. Amma 27 ildir  bu soyqırımı törədənlər,Seyran Ohanyan,Serj Sarkisyan,Robert Köçaryan və digərləri hələ də   beynəlxalq  hərbi tribunala çıxarılmayıb.Bu gün Ermənistanın  xaricdə olan havadarları  və erməni lobbisi     bütün vasitələrdən  istifadə edərək  Azərbaycanın   soyqırım məsələsini qaldırmasına mane olmağa çalışır. Digər tərəfdən  Azərbaycana qarşı yürüdülən  ikili standartlar cinayətkarların hələ də azadlıqda qalmasına  şərait yaradır. Amma buna baxmayaraq  Azərbaycan Xocalı soyqırımının tanıdılması üçün müxtəlif vasitələrdən istifadə edərək  səylərini artırır.

Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. 11 il bundan oncə bu faciəni dünyaya çatdırmaq üçün   “Xocalıya ədalət kompaniyası”na start verilib."Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələri  Xocalı soyqırımına həsr olunan tədbirlər təşkil edir.Bu gün dünyanın 13 ölkəsi parlament səviyyəsində,  ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı isə Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.


Create Account



Log In Your Account