Feb 26 2019 18:27
Views: 295

Xocalı soyqırımının dəhşətlərindən bəhs edən onlarla bədii və sənədli əsər faciənin bütün mahiyyətini daha geniş kütləyə çatdırır. Bu kitabların bəziləri Azərbaycanda, bəziləri isə xarici ölkələrdə işıq üçü görüb. Bəxtiyar Sadıqovun 2018-ci ildə nəşr olunan “Xocalı şahidləri danışır” kitabında faciəni yaşamış onlarla insanın hekayəsi toplanıb. Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı”, “Əsir düşərgəsi”  kitablarında isə Ermənistan ordusunun girov götürdüyü azərbaycanlıların tükürpədici xatirələri toplanıb.  

Jurnalist Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən uşaqlar” kitabı isə Xocalı soyqırımında valideynlərini itirmiş uşaqların acı taleyi haqqındadır.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Musiqili Teatrında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Qara qar çiçəyi” hekayəsi əsasında hazırlanmış  tamaşa təqdim edilib. Tamaşanın müəllifləri Yefim Abramov və Leyla Bəyim Cəfərova, rejissoru Vaqif Əsədovdur.  Tamaşanın əsas məqsədi dünyanı bu soyqırıma laqeyd qalmamağa dəvət etməkdir.

Tamaşanın sujet xəttini Xocalı soyqırımın şahidi olmuş, dəhşətli işkəncələrə məruz qalmış Natəvanın sonrakı taleyi üzərində qurulub. Natəvan illər sonra da bu faciəni unuda bilmir. Lakin bütün dünya onun taleyinə biganə qalır. Qardaşı isə Xocalıya ədalət üçün mübarizə aparır.   


Create Account



Log In Your Account