Nov 26 2018 14:11
Views: 425

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın diaspor təşkilatlarının üzərinə önəmli vəzifələr düşür. Son illərdə bu istiqamətə bir sıra uğurlu tədbirlər həyata keçirilib. Gələn il hansı tədbirlərin keçiriləcəyi ilə bağlı CBC-nin studiyasında qonaq olan Finlandiya Azərbaycanlılarının Assosiasiyasının sədri Arzu Oqtay məlumat verib.  
Qeyd edib ki, Finlandiya Azərbaycanlıları Assosiasiyası Avropa Azərbaycan Konqresində təmsil olunur. Məlum olduğu kimi, Konqres bütün Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının əksəriyyətini özündə birləşdirir. 
“Bu fəaliyyət çərçivəsində biz yerli dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib Azərbaycan haqqında həqiqətləri onlara çatdırırıq. Planlarımız çoxdur. 2019-cu ilin iş planına əsasən, hər bir ölkədə yalnız dövlət qurumları ilə deyil, başqa dövlətlərin diplomatik nümayəndələri ilə də görüşüb müzakirə aparmaq, hər bir dövlətin parlament təmsilçiləri ilə münasibət yaradıb həmin parlamentlərdə Xocalı soyqrımının  müzakirəyə çıxarılmasına nail olmaq uğrunda işləyəcəyik”.


Create Account



Log In Your Account