Feb 25 2020 17:56
Views: 358

“Xocalıda baş verənləri soyqırım kimi tanıdılması istiqamətində çalışmalıyıq”. Bunu Bakı Musiqi Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib. Soyqırımın dünya ictimaiyyətinə tanıdılması uğrunda fəaliyyətdən danışan birlik sədri qeyd edib ki, Xocalıda baş verənləri unutmaq olmaz. XX əsrin sonunda Xocalıda törətdilən soyqırım bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı erməni əsirliyində qalmış hadisələrin canlı şahidləri çıxış edib. Müdhiş gecədə Azərbaycan xalqına qarşı törədilən soyqırımın dəhşətli təfərrüatları barədə məlumat veriblər. Onlar 28 il ötməsinə baxmayaraq fevralın 25-dən 26-na keçən gecədə baş verənləri sanki dünən olmuş kimi xatırlayırlar. Xocalının işğal olunan zaman rabitəçi işləyən Dürdanə Ağayeva 8 gün erməni əsirliyində yaşadıqlarını heç vaxt unutmayacağını deyir. 1992-ci il Fevralın 26-da keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib.


Create Account



Log In Your Account